"Qalatasaray" heyətini müdafiəçi ilə gücləndirmək istəyir.
Sportal.az "Tuttosport"a istinasən xəbər verir ki, Türkiyə çempionu " Napoli"nin futbolçusu Amir Rahmmanini heyətinə qatmağı planlaşdırır.
İstanbul klubunun rəsmiləri kosovolu oyunçu üçün artıq hərəkətə keçib. 31 yaşlı futbolçunun keçidinin mövsümün sonunda baş tutacağı gözlənilir.
Amir "Dreniça", " Partizani", "RNK Split", "Dinamo" (Zaqreb), "Lokomotiva" (Zaqreb), "Verona"da oynadıqdan sonra 2020-ci ildə "Napoli" yə keçmişdi. Onyn müqavilə müddəti 2027-ci il iyunun 30-a qədərdir.
saytlarin hazirlanmasi
