Türkiyənin Antalya şəhərində keçirilən "Antalya Friendship Cup" turnirinə yekun vurulub.
Sportal.az xəbər verir ki, "Sabah"ın U-12 komandası turnirdə uğurla çıxış edib.
Qrup mərhələsini birinci pillədə başa vuran Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda, yarımfinalda Litvanın "Margiris", finalda isə Rusiyanın "Yunayted Yekaterinburq" komandasını məğlub edərək turniri birinci sırada, çempion kimi başa vurub.
Antalya Friendship Cup
Yarımfinal
Sabah (Azərbaycan) - Margiris (Litva) 1:0
Qol: Cavidan Ağayev.
Final
Sabah (Azərbaycan) - Yunayted Yekaterinburq (Rusiya) 3:0
Qollar: Raul Pənahov, Abbas Hüseynli, Nihad Həsənov.
