"Araz-Naxçıvan"ın müdafiəçisi Rahil Məmmədov Azərbaycan milli komandasının Ukrayna ilə oyuna hazırlığı zamanı zədələndiyi üçün əməliyyat olunub.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
Müdafiəçiyə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub və cərrahiyyə əməliyyatı Finlandiyanın Pihlajalinna klinikasında yerinə yetirilib.
Uğurlu əməliyyatdan sonra özünü yaxşı hiss edən futbolçunun məşqlərə başlayacağı tarixlə bağlı əlavə məlumat veriləcək.
saytlarin hazirlanmasi
