"Barselona"nın gənc futbolçusu Dro Fernandes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Vest Hem" ispaniyalı futbolçunu hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
London klubu yayda 17 yaşlı ön xətt oyunçusu üçün La Liqa nəhəngi ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Dro Fernandes 2022-ci ildə "Barselona"nın akademiyasına qoşulub. İspaniya U-18 millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
