Alim Nəbiyev MMA turnirində növbəti qələbəsini qazandı

15:34 - 27 Oktyabr 2025

Gürcüstanın Batumi şəhərində keçirilən "Grand Bellagio & GFC" beynəlxalq MMA turnirində Azərbaycan idmançıları uğurlu çıxış ediblər.

Sportal.az xəbər verir ki, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, əslən azərbaycanlı idmançı Alim Nəbiyev turnirdə ikinci qələbəsini qazanıb.

O, Türkiyəli Oğuzhan Atakı birinci raundda nokaut edib.

Turnirdə digər azərbaycanlı döyüşçülər də fərqləniblər. Ağır çəki dərəcəsində mübarizə aparan Tahir Abdullayev iranlı Siavaş Dadrası məğlub edib.

Yüngül çəki kateqoriyasında çıxış edən Elvin Kamilli isə gürcü rəqibi Giorgi Kabulaşvilini birinci raundda vaxtından əvvəl nokautla üstələyib.

Batumidə üçüncü dəfə təşkil olunan "Grand Bellagio & GFC" beynəlxalq turnirində ümumilikdə 10 ölkədən 24 idmançı mübarizə aparıb.

Xəbər xətti