Bosniya və Herseqovina millisinin sabiq üzvü Miralem Pyaniç yenidən Türkiyədə oynamaq istəyir.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçuya Türkiyə 1-ci liqasında yarışan “Iğdır”dan təklif gəlib.
Lakin təcrübəli futbolçu qarşı tərəfədə hələ ki konkret cavab verməyib. “Iğdır” hazırda 1-ci liqada 8-ci pillədədir və qarşısında Super Liqaya yüksəlmək hədəfi qoyub.
Hazırda azad agent statusuna malik olan Pyaniç vaxtı ilə “Metz”, “Lion”, “Roma”, “Yuventus”, “Barselona”, “Beşiktaş”, “Şarjah”, ÇSKA(Moskva) klublarının formasını geyinib.
