"Arsenal"da ciddi itki - 2 həftə oynamayacaq

20:37 - 27 Oktyabr 2025

İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Qabriel Martinelli sıradan çıxıb.

Braziliyalı vinger Premyer Liqanın 9-cu turunun "Kristal Pelas"la matçında (1:0) qasıq nahiyəsindən zədə alıb. 24 yaşlı ön xətt oyunçusu təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Arsenal" Qabriel Martinellini 2019-cu ilin yayında ölkəsinin "İtuana" klubundan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 12 rəsmi maatçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti