Qırğızıstan klubunun nümayəndələri "Neftçi"nin qonağı oldular - FOTOLAR

18:33 - 28 Oktyabr 2025

Qırğızıstan Premyer Liqasında çıxış edən “Özgön” klubunun nümayəndə heyəti “Palms Sports” Futbol Mərkəzində "Neftçi"nin qonağı olub.

Sportal.az xəbrər verir ki, onlar Azərbaycan klubunun baş icraçı direktoru Cenk Sümer, futbol komandaları və əməliyyatları üzrə direktor Zaur Əzizov və digər klub rəsmiləri ilə görüşüblər.

Tədbirdə klubların birgə əməkdaşlıq perspektivliyi müzakirə olunub və bununla bağlı fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar “Palms Sports” Futbol Mərkəzi ilə yaxından tanış olublar.


Xəbər xətti