"Real"ın hücumçusu Endrik karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Ştutqart" braziliyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Goal" nəşri məlumat yayıb.
Bundesliqa təmsilçisi Endriki 6 aylıq icarəyə götürməyi planlaşdırır. Artıq klublar arasında danışıqlar başlayıb.
Qeyd edək ki, "Real" Endriki 2024-cü ilin yayında "Palmeyras"dan transfer edib. Baş məşqçi Xabi Alonso bu mövsüm rəsmi matçlarda 19 yaşlı forvarda şans verməyib.
saytlarin hazirlanmasi
