Azərbaycan futbolunda problemlər çoxdur. Hər sahəsində vəziyyət təxminən o birisindəki kimidir. Bu mövsüm hakimliklə bağlı vəziyyət lap acınacaqlıdır. Demək olar ki, hər tur ciddi hakim səhvinə rast gəlinir.
Problem həm də ondadır ki, hakim qərarlarını müzakirə etmək üçün müstəqil ekspert qıtlığı var. Hansısa epizod yaşanır, Hakimlər Komitəsinin rəhbəri De Bleker çıxıb özlərinə sərf eləyən şəkildə yorumlayır baş verənləri. Bilirsən ki, düz demir. Amma onun cavabını jurnalist və ya məşqçi verməli deyil, hakimliklə bağlı birbaşa bu sahənin adamı fikir bildirməlidir.
Təəssüf ki, futbolumuz bu sarıdan da "yetimdir". Üzdə olan yalnız Hakimlər Komitəsinin sabiq rəhbəri Xaqani Məmmədovdur. İdman TV-də efirə çıxır, saytlara da açıqlama verir. Yalnız bir adam, vəssalam! Tahir Süleymanovun fikirləri dəyərli sayıla bilər, amma "Neftçi"nin sabiq vitse-prezidenti hakimlik mövzusunda danışmağa meyilli deyil. O, daha çox futbolun idarəetməsi yönündə fikirlər bildirir, futbolun məhz bu tərəfi ilə məşğul olmağa həvəslidir.
Ortada başqa heç kim yoxdur. Heç olmasa, 4-5 müstəqil mütəxəssis olmalıdır ki, müzakirələrdən həqiqətlər üzə çıxsın. Lakin heç kim danışıb özünü AFFA rəhbərliyi ilə pis etmək istəmir. Ən yaxşı halda "öz aramızda deyirəm" şəklində fikir bildirməyə razılıq verirlər. Ona görə də, bu məsələdə də durğunluq yaşayırıq.
Həmid
saytlarin hazirlanmasi
