Messi dünya çempionatında oynayacaq? - özü açıqladı

16:22 - 28 Oktyabr 2025

Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq istəyir. 

Sportal.az “Mundo Deportivo”ya istinadən  xəbər verir ki, “İnter Mayami” və Argentina millisinin kapitanı bu barədə etiraf edib:

“Düzünü desəm, dünya çempionatında oynamaq inanılmaz dərəcədə gözəl olardı. Mən formada olmaq və milli komandada mühüm rol oynamaq istərdim. Əlbəttə ki, çox həyəcanlıyam. Çünki bu, dünya çempionatıdır. Biz son turnirdə qalib gəldik və titulumuzu qorumaq əla olardı. Milli komandada, xüsusən də rəsmi turnirdə oynamaq bir xəyaldır". Messinin 38 yaşı var və o, 2023-cü ildən bəri “İnter Mayami”də oynayır.

Xəbər xətti