Millinin yeni baş məşqçisi bəlli oldu - sabiq futbolçu ilə anlaşdılar

14:47 - 29 Oktyabr 2025

Serbiya millisinə rəhbərlik edəcək məşqçinin adına aydınlıq gəlib.

Sporta.az Serbiya mətbuatına istinadən xəbər verir ki, Serbiya Futbol Federasiyası Velko Paunoviçlə anlaşıb.

Halbuki, millini Deyan Stankoviçin çalışdıracağı iddia edilirdi. Lakin Paunoviçlə artıq razılıq əldə edilib.

Vaxtı ilə Serbiya və Monteneqro milli komandasında oynamış veteran forvard məşqçi kimi “Çikaqo Fayr”, “Ridinq”, “Quadalaxara”, “Tiqres” və “Ovyedo” klublarında işləyib.
 

Xəbər xətti