Tovuzlu iş adamı Ehtiram Quliyevin bu mövsüm çempionluğu hədəflədiklərini deməsi təbəssümlə qarşılanmışdı. Həqiqətən də, "Qarabağ" olan yerdə çempionluqdan danışmaq inandırıcı gəlmir heç kimə.
Ehtiram bəy sonradan fikirlərinə bir qədər aydınlıq gətirib demişdi ki, çempionluq deyəndə, bu mübarizənin içində olmağı nəzərdə tutub. İş adamı nitqində fəlsəfi fikirlərə də yer vermişdi: "Gedəcəyi yolu bilən insana dağlar çəkilib yol verər. Ona görə də mütləq gedəcəyin ünvan bilinməlidir".
Başqa cür desək, niyyətin hara, mənzilin ora. Arxada qalan 9 turda bəzən "dağlar çəkilib "Turan Tovuz"a yol verir". Kurban Berdiyevin komandası yaxşı oynamayanda belə matçdan 3 xalla ayrılmağı bacarır.
İndidən nəticə çıxarmaq üçün tezdir. Nəinki çempionluq, hətta son turlara qədər bu mübarizənin içində olmaq belə çətin məsələdir. Amma Ehtiram bəyin komandası sanki kainatdan aldığı enerji ilə irəliləyir bu ana qədər. Sonda hara varacaqlarını görmək çox maraqlıdır.
Həmid
saytlarin hazirlanmasi
