Buffon: "O, "Yuventus" üçün ən yaxşı namizəddir"

12:48 - 29 Oktyabr 2025

"Yuventus"un keçmiş qapıçısı Canluici Buffon Luçano Spallettinin Turin klubuna baş məşqçi təyin ola biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. 

Sportal.az “Il Corriere dello Sport”a istinadən xəbər verir ki, Buffon Turin klubunun baş məşqçi postundan ayrılan İqor Tudor haq da da danışıb:

"Spaletti üçün bu, tamamilə düzgün peşəkar seçim olardı. O, futbol adamıdır, meydan adamıdır, görkəmli şəxsiyyətdir və əla məşqçidir. Spalletti təcrübə, xarizma və nüfuz baxımından mümkün olan ən yaxşı namizəddir. Özü də, iddialı klubların ehtiyac duyduğu insandır. Onu indi ehtiyat oyunçular skamyasında görməməyimə təəssüf edirəm. Lakin ən böyük peşmançılığım Tudorla bağlıdır. O, gözəl dost idi".
 

Xəbər xətti