Minifutbol üzrə Azərbaycan çempionatına start verildi

10:33 - 29 Oktyabr 2025

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib.

Sportal.az xəbər verir ki, ilk günündə 4 matç baş tutub. 

Çempionatın iddialılarından olan "Aznur" "Star Bakı"ya 18:2 qalib gəlib.

"Atəşgah Suraxanı” “Lənkəran”ı (5:4), “DİN İdman Cəmiyyəti” “Bakı 145″i (5:3) məğlubiyyətə uğradıb.

"Sumqayıt" isə "Buxar"la 2:2 hesabı ilə bərabərə qalıb.

Birinci turun növbəti 4 oyunu bu gün baş tutacaq.

Xəbər xətti