"Yuventus" un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi Lusiano Spaletti ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Ağ-qaralar" artıq italiyalı müütəxəssislə razılıq əldə edib. Spaletti ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq. Turin təmsilçisi Çempionlar Liqasına vəsiqə qazansa, sözləşmə daha 1 il uzadılacaq.
Qeyd edək ki, "Yuventus" ötən gün İqor Tüdorla yollarını ayırıb. Lusiano Spalettinin son iş yeri isə İtaliya millisi olub.
saytlarin hazirlanmasi
