"Yuventus" Spallettini rəsmən açıqladı - 2026-cı ilin yayına qədər...

22:02 - 30 Oktyabr 2025

Luçano Spalletti və “Yuventus” müqavilə imzalayıblar.

Sportal.az xəbər verir ki, bu gün baş məşqçi Turin klubunun ofisini ziyarət edib və 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb. Komandanın Çempionlar Liqasına vəsiqə qazanacağı halda, müqavilənin daha iki il uzadılması seçimi də nəzərdə tutulub.

Bundan sonra Spalletti çoxlu şəkillər çəkdirib və avtoqraflar paylayıb. “Yuventus” azarkeşləri məşqçini böyük rəğbətlə qarşılayıblar.

Klub Spallettinin təyinatını rəsmi şəkildə elan edib. Onun təqdimatı cümə günü keçiriləcək.

Xəbər xətti