Messi Səudiyyə Ərəbistanında oynamaq istədi - hökumət icazə vermədi

18:27 - 30 Oktyabr 2025

"İnter Mayami"nin kapitanı Lionel Messi Səudiyyə Ərəbistanında oynamaq istəyib.

Sportal.az xəbər verir ki, bu barədə "L’Équipe" nəşri məlumat yayıb.

Argentina millisinin üzvü MLS-də mövsüm bitdəkdən sonra dünya çempionatına yaxşı hazırlaşmaq üçün Səudiyyə Ərəbistanı çempionatında oynamaq istəyində olub. Lakin yerli hökumət ulduz futbolçunun istəyini rədd edib.

Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. 38 yaşlı vinger bu mövsüm komandanın heyətində meydana çıxdığı 37 rəsmi matçda 34 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti