Alonso Vinisiusla barışdı - "Real" rəhbərliyi məsələni bağlanmış hesab edir

22:47 - 30 Oktyabr 2025

“Real”ın hücumçusu Vinisius Junior və baş məşqçi Xabi Alonso barışıblar.Xatırladaq ki, braziliyalı vinger La Liqada “Barselona”ya qarşı keçirilən oyunda (2:1) 72-ci dəqiqədə əvəzlənməsindən son dərəcə narazı qalmışdı. Meydanı tərk edərkən o, Alonso ilə əl sıxmamış və birbaşa paltardəyişmə otağına yollanmışdı, lakin bir müddət sonra ehtiyat skamyasına qayıtmışdı.

Sportal.az xəbər verir ki, "Cope"nin məlumatına görə, Vinisius oktyabrın 29-da sosial şəbəkələrdə komanda yoldaşlarından açıq şəkildə üzr istəsə də, yazısında baş məşqçidən bəhs etməmişdi. Bununla belə, mənbənin məlumatına görə, futbolçunun üzrü həm oyunçular, həm məşqçi, həm də klub tərəfindən qəbul edilib.

Qeyd edək ki, “Real” rəhbərliyi bu münaqişəni bağlanmış hesab edir.

Xəbər xətti