"Mançester Yunayted"in müdafiəçisi 9 ay sonra məşqlərə başladı

21:36 - 30 Oktyabr 2025

Lisandro Martines yenidən “Mançester Yunayted”in əsas heyəti ilə birgə məşqə başlayıb.

Sportal.az xəbər verir ki, Argentina millisinin müdafiəçisi uzun fasilədən sonra ağır zədəsini sağaldaraq komandanın tam məşq prosesində iştirak edib.

Futbolçu 2 fevral tarixində “Kristal Pelas”la oyunda dizinin xaçvari bağlarını zədələmişdi. Həmin görüş “Mançester Yunayted”in 0:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.

Əməliyyat və uzunmüddətli bərpadan sonra Martines mövsümün böyük hissəsini buraxsa da, artıq meydana qayıdıb.

Xəbər xətti