Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Fatih Karagümrük" Marsel Liçka ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi çexiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Marsel Liçka mövsümün əvvəlində "Fatih Karagümrük"üün baş məşqçisi təyin olunmuşdu. Komanda Super Liqada 10 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi 
      
                    