Transfer mübarizəsinə "İnter" də qoşuldu

11:44 - 1 Noyabr 2025

Mövsümün sonunda "Kristal Pelas"la müqaviləsi başa çatan Mark Qehiyə daha bir "müştəri" çıxıb.

Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu uğrunda mübarizəyə "İnter" də qoşulub. Bu barədə "La gazzetta dello Sport" nəşri məlumat yayıb.

A Seriyası nəhəngi yayda azad agent statusunda olacaq 25 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlara başlamağı planlaşdırır.

"Barselona", "Bavariya", "Real" və "Liverpul" da Premyer Liqa klubunun kapitanını heyətinə qatmağa çalışır.

Qeyd edək ki, "Kristal Pelas" Mark Qehini 2021-ci ilin yayında "Çelsi"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti