"Beşiktaş"ın məşqçisi vəfat etdi

13:24 - 1 Noyabr 2025

"Beşiktaş"ın akademiyasının məşqçisi Hikmet Çapanoğlu dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı mütəxəssis infarkt keçirib. O, "ağ-qaralar"ın U-17 komandasının baş məşqçisi vəzifəsində çalışırdı.

Qeyd edək ki, Hikmet Çapanoğlu "Beşiktaş"ın yetirməsidir. Futbolçu karyerası ərzində "qara qartallar"la yanaşı "Sakaryaspor", "Rizespor", "Diyarbakırspor", "Karabükspor", "Beveren" kimi klublarda çıxış etmiş sabiq yarımmüdafiəçi Türkiyə U-18 millisinin də formasını geyinib.

Xəbər xətti