Bu gün Misli Premyer Liqasında 1-ci turdan təxirə salınmış "Sabah" - "Qarabağ" görüşü baş tutub.
Sportal.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matç liderlik görüşü olub.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Masazır təmsilçisi zirvəni ələ keçirib.
Misli Premyer Liqası, 1-ci turun oyunu
18 dekabr
19:30 "Sabah" - "Qarabağ" 2:1
Qollar: Coy-Lens Mikels, 52, Aaron Maluda, 88 - Leandro Andrade, 9
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena"
