“Şalke” “Fiorentina”nın hücumçusu Edin Dzeko üçün transfer təklifi edib.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Almaniyanın 2-ci Bundesliqasının baş məşqçisi Miron Musliç artıq bosniyalı hücumçu ilə mümkün transfer barədə danışıb. “Paris”in də istədiyi forvardın hansı seçim edəcəyi dəqiqləşməyib.
Bu mövsüm Dzeko Florensiya klubunun heyətində bütün yarışlarda 18 matça çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
39 yaşlı forvardın “Fiorentina” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Edin karyerası ərzində “Jelezniçar”, “Teplitse”, “Usti nad Labem”, “Volfsburq”, “Mançester Siti”, “Roma”, “İnter”, “Fənərbaxça” klublarında oynayıb.
Əlavə edək ki, “Şalke” 2-ci Bundesliqada liderdir.
