"Napoli" qapıçı Nikita Kontininin müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə İtaliya çempionunun rəsmi saytı məlumat yayıb.
Ukrayna əsilli italiyalı qolkiperlə 2031-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Nikita Kontini "Napoli"nin yetirməsidir. 29 yaşlı "əlcək sahibi" bu mövsüm Neapol təmsilçisinin heyətində rəsmi oyunlarda meydana çıxmayıb.
saytlarin hazirlanmasi
