"Lids Yunayted"in futbolçusu Cek Harrison karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Fiorentina" ingiltərəli vingeri icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bənövşəyilər" Harrison üçün İngiltərə klubuna 1 milyon avro icarə haqqı ödəyib. "Fiorentina" 7 milyon avro ödəməklə 29 yaşlı oyunçunun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, "Lids Yunayted" Cek Harrisonu 2021-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 13 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
