İngiltərə millisinin üzvü "Mançester Siti"də - RƏSMİ

19:59 - 19 Yanvar 2026

"Mançester Siti" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, "şəhərlilər" "Kristal Pelas"ın kapitanı Mark Qehini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Mançester Siti" ingiltərəli futbolçu üçün onun klubuna 23 milyon avro təzminat ödəyib. 25 yaşlı mərkəz müdafiəçisi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Kristal Pelas" Mark Qehini 2021-ci ilin yayında "Çelsi"dən transfer etmişdi. İngiltərə millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti