PSJ-nin hücumçusu "Atletiko"nun hədəfində

22:32 - 19 Yanvar 2026

“Atletiko” PSJ-nin hücumçusu Qonsalu Ramuşu izləyir.

Sportal.az xəbər verir ki, hazırda madridlilər yarımmüdafiəçi transferinə fokuslansalar da, artıq növbəti mövsüm üçün “doqquz nömrə”nin cəlb edilməsi barədə düşünürlər. Bildirilir ki, portuqaliyalı futbolçu bu mövqe üçün klubun əsas hədəfinə çevrilə bilər.

Oyunçu “Atletiko”nun texniki rəhbərliyinin çox xoşuna gəlir və Mateu Alemani anlayır ki, onun transferi üçün qabaqcadan işləmək lazımdır.

Qeyd edək ki, bu yay klubun Antuan Qrizmannı, Aleksandr ,Şörlotu və hətta Xulian Alvarezi itirməsi ehtimalı kifayət qədər yüksəkdir, buna görə də hücumçu transferi zəruri olacaq.

Cari mövsümdə Ramuş Liqa 1-də 18 matçda iştirak edib və 4 qol vurub.

Xəbər xətti