"O, sanki cekpotu uddu, gəldi, pulu götürdü və getdi" - adı "Qalatasaray"la da çəkilən sabiq "Fənərbaxça"lı haqda

00:43 - 15 May 2026

Vlastimil Petrzela "Zenit"də icarə əsasında çıxış edən Con Duranın komandadan ayrılması ilə bağlı fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidməti bu gün 22 yaşlı hücumçunun şəxsi səbəblərə görə rəhbərliklə razılaşaraq komandanı tərk etdiyini açıqlayıb. O, yanvarda "Əl-Nəssr"dən icarəyə götürülmüşdü.

"Zenit"in sabiq baş məşqçisi Petrela qeyd edib ki, “şəxsi səbəblər hər kəsdə ola bilər və bu baxımdan klubun futbolçulara anlayış göstərməsi yaxşıdır”.

Lakin onun “Zenit”dəki performansını dəyərləndirərkən sərt danışıb: “O, cekpotu uddu, gəldi, pulu götürdü və getdi. Komandanın nəticələrinə verdiyi töhfə barədə danışmağa dəyməz.”

Qeyd edək ki, "Fənərbaxça"dan ayrıldıqdan sonra "Zenit"də çıxış edən futbolçunun adı son günlər "Qalatasaray"la da çəkilir.

Xəbər xətti