Qurban Qurbanov Elvin Cəfərquliyevi bağışladı - komanda ilə birlikdə Avstriyaya yola düşdü

11:22 - 22 İyun 2026

"Qarabağ" təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.

Sportal.az xəbər verir ki, başa çatan mövsümün sonlarına yaxın Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilmiş Elvin Cəfərquliyev də kollektivdə yer alıb.

O, kollektivlə Avstriya toplanışına yollanıb.

"Qarabağ" hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək.

Azərbaycan klubunun rəqibləri "Xarkov" və "Ferentsvaroş"dur. Digər rəqib isə hələ ki bəlli deyil.

Xəbər xətti