İtaliyanın üç klubu "Milan"ın sabiq kapitanı Davide Kalabriya uğrunda mübarizə aparır.
Sportal.az xəbər verir ki, "Panatinaikos"da çıxış edən oyunçu burada uğursuzluqla üzləşib və A Seriyasına qayıtmağa qərarlıdır. Bu barədə "Sport Mediaset" məlumat yayıb.
Müdafiəçi ilə "Kalyari", "Latsio" və "Bolonya" yaxından maraqlanır. Təkliflərin təfərrüatları hələlik açıqlanmır.
Qeyd edək ki, Kalabriya daha əvvəl "Bolonya"da çıxış edib və İtaliya Kubokunun qalibi olub. 29 yaşlı futbolçu "Milan"ın heyətində isə 2022-ci ildə İtaliya çempionluğunu qazanıb.
saytlarin hazirlanmasi
