Futbol üzrə Gürcüstan çempionatında 19-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Torpedo" doğma meydanda "Spaeri"ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
19 turdan sonra 27 xal toplayan Kutaisi təmsilçisi turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Zirə" ilə "Torpedo" arasında ilk matç iyulun 8-da Sumqayıtda keçiriləcək. Cavab görüşü isə ayın 16-da Gürcüstanda baş tutacaq.
saytlarin hazirlanmasi
