Xuan Xose Qevaranın “Qarabağ”a keçidi baş tutmayıb.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu müdafiənin mərkəzini onunla gücləndirmək istəsə də, “Bastiya”da çıxış edən kolumbiyalı bu təklifi geri çevirib.
Hərçənd Fransanın Liqa 2 klubu cənubi amerikalını “köhlən atlar“a satmağa hazır olub.
Qevara “Qarabağ“la yanaşı, Polşadan “Rakuv” və Rusiyadan “Fakel“in dəvətinə “yox“ deyib.
O, daha karyerasını Avropada davam etdirmək istəmədiyini bildirib, bunu ailəvi səbəblərlə əlaqələndirib.
“Bastiya” bu oyunçunu 2024-cü ildə “Fortaleza”dan icarəyə götürüb. Bu yay geri qayıtsa da, fransızlar müqaviləyə salınan 300 min avroluq satınalma bəndindən istifadə edib.
24 yaşlı mərkəz müdafiəçisi Liqa 2-də 31 oyunda forma geyinib, 1 qol vurub və 1 assist edib.
saytlarin hazirlanmasi
