"Qalatasaray" 30 iyun tarixində müqaviləsi başa çatan Mauro İkardini komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, Türkiyə çempionu argentinalı forvarda illik 4 milyon avro maaş təklif edib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İkardi hələ ki klubun təklifinə cavab verməyib. İstanbul nəhənginin rəhbərliyi 33 yaşlı hücumçuya ayın sonuna qədər vaxt verib. Ulduz futbolçu klubun təklifini qəbul etməsə, onunla yollar ayrılacaq.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Təcrübəli hücumçu 2025/26 mövsümündə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 47 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
