"Qalatasaray"ın müdafiəçisi dünya çempionatında zədələndi - 3 ay oynamayacaq

20:59 - 22 İyun 2026

Fil Dişi Sahili milli komandası dünya çempionatında ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, müdafiəçi Vilfred Sinqo sıradan çıxıb.

"Qalatasaray"ın futbolçusu yığma komandanın Almaniya ilə keçirdiyi E qrupunun 2-ci turunun matçında (1:2) zədələnib. 25 yaşlı sağ cinah müdafiəçisi təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Vilfred Sinqo 2025/26 mövsümündə "Qalatasaray"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti