Freddi Varqas "Neftçi"yə qayıtdı - RƏSMİ

16:07 - 22 İyul 2026

“Neftçi” ötən mövsüm icarə əsasında komandada çıxış edən Fredi Varqasın transfer hüquqlarını alıb.

Sportal.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Varqasla müqavilənin detalları açıqlanmayıb.

27 yaşlı futbolçu ötən mövsüm “Neftçi” formasıyla 34 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.

Xəbər xətti