UEFA Konfrans Liqası III təsnifat mərhələsinin “Qarabağ” – "Dinamo" (Kiyev, Ukrayna) oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında fan zona təşkil olunacaq.
Sportal.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azarkeşlərə stadiona 2 saat öncə gəlmək barədə müraciət olunub.
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" qarşılaşması sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk matç Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi
