Messi İspaniya II Liqasında çıxış edən klub alır

23:10 - 8 Sentyabr 2026

Lionel Messi “Eldense” futbol klubunun sahibi olacaq.

Sportal.az xəbər verir ki, argentinalı ulduzun hüquqşünasları artıq bir müddətdir Xuan Karlos Truxilyonun rəhbərlik etdiyi Kolumbiyanın TH investisiya qrupu ilə danışıqlar aparırdı. Tərəflər bu gün nəhayət prinsipial razılığa gəliblər. Razılaşmaya əsasən, dünyanın ən titullu futbolçusu İspaniyanın ikinci liqasında çıxış edən klubun əsas səhmdarı olacaq. Bununla belə, sövdələşmənin yekunlaşdırılması Ali İdman Şurasının (CSD) icazə verib-verməyəcəyindən asılı olacaq.

Messi bu layihədə yeganə investor kimi çıxış edir. Digər biznes tərəfdaşları və ya sabiq futbolçular prosesə cəlb olunmayıb. Tərəflərin razılaşmanı yaxın günlərdə açıqlaması gözlənilir.

Qeyd edək ki, Lionel İspaniyada peşəkar futbol klubuna sahib olan ilk argentinalı olacaq.

Xəbər xətti