Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərli yenidən Türkiyədə çıxış edə bilər.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçiyə Superliqaya çıxmağa iddialı olan “Batman Petrolspor” maraq göstərir. Bu klub hazırda 4-cü pillədə yer alıb. “Fənərbaxça” və Türkiyə millisinin veteran futbolçusu Selçuk Şahinin baş məşqçisi olduğu klub Vüsalı qışda heyətinə qatmağa çalışacaq.
Kosovonun “Malışeva” klubunda əsas heyət üzvü olan azərbaycanlı vingerin hansı qərarı verəcəyi hələ ki bəlli deyil. Onun hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 30 yaşlı futbolçu “Ankara Keçiörengücü”, “Boluspor”, “Eqnatiya”, “Partizani” klublarında oynayıb.
saytlarin hazirlanmasi
