Noyerin səhvi tarixi rekorda səbəb oldu - VİDEO

00:00 - 30 Noyabr -0001

"Auqsburq" Bundesliqanın 5-ci turunun "Bavariya" ilə matçının 8-ci saniyəsində hesabı açıb.

Sportal.az xəbər verir ki, Qqolu yarımmüdafiəçi Robin Fellhauer vurub. O, Bundesliqanın 63 illik tarixində ən tez vurulan qola imza ataraq rekord müəyyənləşdirib.

​Məhsuldar hücumdan əvvəl Münhen təmsilçisinin qapıçısı Manuel Noyerin səhvi qeydə alınıb. Ötürməni qəbul edən qolkiper topu uğursuz saxlayaraq özündən çox uzaqlaşdırıb. Onun topu uzaqlaşdırmaq cəhdi uğursuz alınıb və top Fellhauerə dəyib. Əlverişli mövqedə olan futbolçu topu boş qapıya göndərib.

​Əvvəlki rekord 9-cu saniyə idi. Bu nəticəni 2014-cü ildə "Bayer"in heyətində fərqlənən Karim Bellarabi və 2015-ci ildə "Hoffenhaym"ın heyətində qol vuran Kevin Folland bölüşürdülər.

Xəbər xətti