"XL"də zədəli futbolçu yoxdur
Premyer Liqanın VIII turu çərçivəsində sabah doğma meydanında paytaxtın “İnter” klubunu qonaq edəcək “Xəzər Lənkəran” oyunöncəsi son məşqinə çıxıb.
Sportal.az xəbər verir ki,, “ağ-yaşıllar” bir saat davam edən hazırlıq müddətində əsasən taktiki və ev tapşırıqları çalışmalarını yerinə yetirib.
Hazırda “Xəzər Lənkəran”ın heyətində zədəli futbolçu yoxdur ki, bu da məşqçilər korpusunu sevindirən məqamdır.
Xatırladaq ki, Xəzər Lənkəran” – “İnter” matçı saat 19-da start götürəcək.
saytlarin hazirlanmasi