"Fənərbaxça" argentinalını transfer etməyi planlaşdırır

12:48 - 5 Noyabr 2026

“Fənərbaxça” transfer çalışmalarını davam etdirir.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Aston Villa”nın yarımmüdafiəçisi Emiliano Buendiyanı heyətinə qatmağı planlaşdırır.

“Fənərbaxça” rəsmiləri bununla bağlı argentinalının meneceri ilə ilkin danışıqlar aparıb. 29 yaşlı futbolçu mövsümün sonunda komandasını dəyişməyə müsbət yanaşır.

Lakin türkiyəlilər bunun üçün “Aston Villa”ya təzminat ödəməlidir. Çünki Buendiyanın Premyer Liqa klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

O, əvvəllər “Xetafe”, “Leonesa”, “Norviç”, “Bayer”(Leverkuzen) klublarının formasını geyinib.
 

Xəbər xətti