"Məlum olduğu kimi, mövsüm başlayandan komandada maddi problemlər var. Nə qədər səbirli olmağa çalışsaq da, sonda "Şahdağ Qusar"la oyunda vəziyyət gərgin həddə çatdı".
Sportal.az xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Mingəçevir"in futbolçusu Roman Hüseynov deyib.
Komandanın kapitanı Azərbaycan Birinci Liqasının VII turunda "Şahdağ Qusar"la oyuna çıxmamalarının səbəbini açıqlayıb.
"İstəməzdik ki, hadisələr bu yerə gəlib çıxsın. Bizə problemin həlli üçün çalışdıqları deyilirdi. Biz də müəyyən müddət gözlədik və məsələnin yoluna qoyulacağına ümid edirdik. Mən Mingəçevirliyəm və istəməzdim ki, vəziyyət bu həddə çatsın. Bu komanda və şəhər üçün belə durumun yaranması yaxşı hal deyil. Maaşlarımız ödənilməsə, növbəti oyuna da çıxmayacağıq? Bu barədə konkret nəsə deyə bilmərəm. Hələlik gözləyirik. Yaranmış vəziyyət şəhər üçün də yaxşı deyil. İstərdik ki, problem tezliklə həllini tapsın və komandamız normal şəkildə fəaliyyətini davam etdirsin".
Qeyd edək ki, "Mingəçevir" ötən gün Azərbaycan Birinci Liqasının yeddinci turunda "Şahdağ Qusar"la qarşılaşmaya çıxmayıb.
saytlarin hazirlanmasi
