"Biz məğlub olmağa layiq deyildik"

21:32 - 27 Sentyabr 2013

Con Toşak: "Rəqibə böyük hədiyyə verdik"
 
“Uşaq səhvindən qol buraxdıq. Rəqibə böyük hədiyyə verdik”.
 
Sportal.az xəbər verir ki, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Cənub təmsilçisi  Premyer Liqanın VIII turunun açılış matçında “İnter”lə qarşılaşdı. Öz meydanında 0:1 hesabı ilə uduzan “ağ-yaşıllar”ın uelsli çalışdırıcısı komandasının oyunundan narazı qalmadığını bildirib: “Oyuna çox yaxşı başlamışdıq. Amma rəqibə erkən qol vurmağa şərait yaratdıq. Bundan sonra toparlanmaq çətin oldu. Çünki “İnter” müdafiəyə qapılmışdı. Hər iki cinahdan, eləcə də mərkəzdən yaxşı hücumlar təşkil etdik. Amma yaradılan imkanlardan istifadə edə bilmədik. Biz məğlub olmağa layiq deyildik. Komandamın oyunundan razıyam”.
 

Xəbər xətti