Mahnı onları bir araya gətirdi
"Fənərbaxça"nın ulduz futbolçusu Raul Meyreleş tanınmış müğənni Gökhan Özen ilə birlikdə kameralara tuş gəlib.
Sportal.az xəbər verir ki, ikili həyat yoldaşları ilə birlikdə axşam yeməyi yeyib. Onları bir araya gətirən səbəb isə Özenin ifa etdiyi "Budala" mahnısı olub. Belə ki, Meyreleş komanda avtobusunda bu mahnını ifa edib və video sosial şəbəkələrdə sürətlə yayılıb.
Portuqaliyalı futbolçu kameraları görərkən ordan uzaqlaşıb, Gökhan Özen isə bu mahnını yaxın tanışının həyat hekayasindən təsirlənərək yazdığını deyib.
saytlarin hazirlanmasi