London derbisində qalib müəyyənləşmədi
İngiltərə Premyer Liqasında VI turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
London derbisində "Tottenhem" və "Çelsi" klubları qarşılaşıblar. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıblar - 1:1.
Son çempion "Mançester Yunayted" doğma meydanda "Vest Bromviç"ə 1:2 hesabı ilə uduzub. "Mançester Siti" isə səfərdə "Aston Villa"ya məğlub olub. Səfərdə "Suonsi"ni 2:1 hesabı ilə məğlub edən "Arsenal" vahid liderliyə yüksəlib.
Qeyd edək ki, VI tura sentyabrın 30-da keçiriləcək "Everton" - "Nyukasl" oyunu ilə yekun vurulacaq.
	
	30 sentyabr
	"Tottenhem"  "Çelsi" - 1:1
	Qollar: Siqurdson, 19 - Terri, 65 (1:1)
	 
	"Mançester Yunayted" - "Vest Bromviç" - 1:2
	Qollar:  Runi, 57 - Amalfitano, 54, Berahino, 67
	"Sauzhempton" - "Kristal Palas" - 2:0
	Qollar: Osvaldo, 47, Lambert, 49 
	"Hall Siti" - "Vest Hem" - 1:0
	Qol: Bredi, 12-pen
	 
	"Fulhem" - "Kardiff Siti" - 1:2
	Qollar:Ruiz,45 - Kauler,12, Matç, 90
	"Aston Villa" - "Mançester Siti" - 3:2
	Qollar: Əl Əhmədi, 51 , Bakuna, 73, Veymann, 76 - Ture,45, Dzeko,57
	 
	"Suonsi" - "Arsenal" - 1:2
	Qollar: Deyvis,82 -  Qnabri, 58 , Remzi, 62
saytlarin hazirlanmasi
 
      
                    