VIII tur yekunlaşır
Bu gün Premyer Liqada VIII tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, turun son oyun günündə iki matç baş tutacaq. “Simurq” “Qəbələ”ni, AZAL isə “Rəvan”ı qəbul edəcək. İlk qarşılaşma “Şəfa” stadionunda keçiriləcək. “Qəbələ” dünən “Neftçi” və “Qarabağ”ın xal itkisindən istifadə edib liderliyə yüksələ bilər. İlk üçlükdə qərarlaşan bu komandaların aktivində 15 xal var. Sonuncu pillədə qərarlaşan “Rəvan” isə AZAL-a müqavimət göstərməyə çalışacaq.
Qeyd edək ki, növbəti tur oktyabrın 4-də olacaq.
Premyer Liqa: 8-ci tur
29 sentyabr
18:00. “Simurq” – “Qəbələ” 0:0
Qırmızı vərəqə: İlkin Qırtımov, 36
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-İnspektor: Səfər Haşımov
“Şəfa” stadionu
19:00. “Rəvan” – AZAL 0:0
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Həsənov Rəhim, Məmmədov Orxan
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Rövşən Əhmədov
“Bayıl Arena”.
saytlarin hazirlanmasi