"Şahdağ"ın qapıçısı ölümdən döndü

23:55 - 29 Sentyabr 2013

Qapıçı zədələnsə də, komandasını tək qoymadı
 
Bu gün I Divizionda "Ağsu" "Şahdağ"ı qəbul edib.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, matçın 8-inci dəqiqəsində qonaqların qapıçısı Şuhriddin Məhəmmədəliyev rəqibin futbolçusu ilə toqquşub. Toqquşma zamanı qolkiper beyin silkələnməsi keçirib və bir neçə dəqiqə yerdə qalıb. Həkimlərin cəhdi nəticəsində qapıçı həyata qayıdıb. Oyun zamanı özünün pis edən qapıçı komanda yoldaşlarını tək qoymayaraq sonuna qədər çərçivəni qoruyub.

Xəbər xətti