Cənub təmsilçisində iki futbolçu məşqlərə qatılmır
Premyer Liqanın IX turu çərçivəsində oktyabrın 4-də “Rəvan” klubu ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” komandası itkilərlə üzləşib.
Sportal.az xəbər verir ki,komanda hazırda iki futbolçunun xidmətindən yararlana bilmir.Belə ki, qida zəhərlənməsindən və qızdırmadan əziyyət çəkdiyi üçün “İnter”lə oyunu kənardan izləməli olan ispaniyalı yarımmüdafiəçi Eduardo Oriol qismən sağalsa da sentyabrın 29-da keçirilən hazırlıq prossesində yalnız fərdi məşqlə kifayətlənib.“İnter”lə oyunda çiynindən ağır zədə alan Mbila Etame isə hazırda müalicədədir. Kamerunlu futbolçunun “Rəvan”la görüşdə meydana çıxacağı da böyük sual altındadır.
12cioyuncu.info
saytlarin hazirlanmasi